- Baxış sayı: 27
- 04 Dekabr 2024 22:48
- Baxış sayı: 50
- Dekabr 04, 2024
- 0
Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-23 dünya çempionatı sona şatmaq üzrədir. Allsport.az xəbər verir ki, mundialın 5-ci günündə sərbəst güləş mübarizəyə start verilib.
Ruslan Abdullayev (61 kq) yarışa inamlı start verib. Həmyerlimiz albaniyalı Endroi Avdyli (11:0) və kanadalı Fotis Papadopoulosa (tuş) vaxtından əvvəl qalib gəlib. Ukraynalı Mikita Abramovla görüş gərgin mübarizə şəraitində keçsə də, yekunda güləşçimiz sevinən tərəf olub – 3:1. Abdullayev yarımfinalda hindistanlı Abişek Dakaya heç bir şans tanımayıb – 11:1. Ruslan finalda rusiyalı Bəşir Məhəmmədova 0:4 hesabıyla məğlub olub və U-23 dünya çempionatını gümüş medalla başa vurub.
Cəbrayıl Hacıyev (74 kq) almaniyalı Satas Volfa 9:3 hesabıyla qalib gəlsə də, 1/8 finalda qırğızıstanlı Orozobek Toktomambetova 1:4 hesabıyla məğlub olub. Rəqib finala yüksəldiyi üçün Hacıyev təsəlliverici görüşə çıxıb və türkiyəli İsmət Çiftçini mübarizədən kənarlaşdırıb – 11:3. Cəbrayıl bürünc medal uğrunda qarşılaşmada isə rusiyalı İsmayıl Xaniyevə 8:6 hesabıyla qalib gələrək dünya üçüncüsü olub.
Arseni Cioyev (86 kq) almaniyalı Coşua Morodionla (11:0) qvatemalalı Kaser Estradaya (11:0) tam üstünlüklə qalib gəlib. 1/4 finalda hindistanlı Dipak Dipaka da fürsət verməyib – 8:0. Təmsilçimiz yarımfinalda yaponiyalı Yuday Takahaşidən güclü olub – 2:1.
Abdulcəlil Şabanov (92 kq) 1/8 finalda yunanıstanlı Qkivi Bliatzeyə 9:11 hesabıyla məğlub olub.
Aydın Əhmədov (125 kq) çinli Jinhai Vanqa (11:0), polşalı Mişel Dubovskiyə (5:4) və yaponiyalı Toyoki Hamadaya (4:2) qalib gələrək yarımfinala yüksəlib. Finalın bir addımlığında bolqarıstanlı Alen Xubulovla bacarmayıb – 0:10. Əhmədov bürünc medal uğrunda görüşdə isə ukraynalı Volodimir Koçanova (0:11) uduzub.