- Baxış sayı: 50
- 11 Dekabr 2024 22:59
- Baxış sayı: 50
- Dekabr 11, 2024
- 0
Azərbaycan yunan-Roma güləşçilərinin Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatındakı ilk rəqibləri müəyyənləşib.
Allsport.az xəbər verir ki, püşk nəticəsində ən aşağı və ən ağır çəkili pəhləvanların 1/8 final mərhələsindən mübarizəyə başlayacaqları məlum olub.
Dünya çempionatı
Yunan-Roma güləşi
55 kq
1/8 final: Eldəniz Əzizli – Koriun Sahradian (Ukrayna)
60 kq
Təsnifat: Murad Məmmədov – Kriştian Keçkemeti (Macarıstan)
63 kq
1/8 final: Taleh Məmmədov – Mehmet Çeker (Türkiyə)
67 kq
1/16 final: Həsrət Cəfərov – Peyton Omaniya (ABŞ)
72 kq
1/16 final: Ülvü Qənizadə – İdris İbayev (Almaniya)
77 kq
1/16 final: Sənan Süleymanov – Kayratbek Tuqolbayev (Qırğızıstan)
82 kq
1/16 final: Rafiq Hüseynov – Ranet Kaljola (Estoniya)
87 kq
1/8 final: İslam Abbasov – Laşa Qobadze (Gürcüstan)
97 kq
1/16 final: Murad Lokyayev – Pontus Lund (İsveç)
130 kq
1/8 final: Beka Kandelaki – Stepan David (Çexiya)
Qeyd edək ki, oktyabrın 7-də 55 kq, 72 kq, 77 kq və 82 kq-da çıxış edən güləşçilər xalça üzərinə çıxacaqlar. Oktyabrın 8-də 60 kq, 97 kq və 130 kq, oktyabrın 7-də isə 63 kq, 67 kq və 87 kq-da yer alan pəhləvanlar mübarizəyə qoşulacaq.
Xatırladaq ki, indiyədək Azərbaycanın yalnız sərbəst güləşçilərdən Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb.