- Baxış sayı: 116
- 06 Fevral 2023 23:23
- Baxış sayı: 3
- Fevral 07, 2023
- 0
Serbiyanın paytaxtı Belqradda dünya çempionatında yunan-Roma güləşçimiz Taleh Məmmədov 3-cü yer tutub.
Allsport.az saytı xəbər verir ki, həlledici görüşdə o, Ermənistan təmsilçisi Qraçya Poqosyanla qarşılaşıb.
33 yaşlı bahadır hesabda 2:3 geri olmasına rəğmən, geridönüş edərək öncə 2, sonra 1 xal alıb. 2-ci yarının ortalarında o parterdə rəqibi qaldırararaq əla fəndlə döşəyin kənarına çırpıb və hakimlərdən ən yüksək – 5 xal qazanıb.
Hesab yekunda 10:4 bitib. Həmin fəndin yer aldığı videonu təqdim edirik: