VİDEO
Güləşçimiz Fransa çempionatında qalib gəlib

Fransada klublararası güləş çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki, 1-ci divizionda 3-cü turda yunan-Roma güləşçisi İslam Abbasovun çıxış etdiyi “Şiltgem” səfərdə “Sotteville Les Rouen” komandası ilə qarşılaşıb.

Görüş rəqibin 9:3 xeyrinə birib. Həmyerlimiz ilk görüşdə +94 kq çəkidə yerli Melonin Nounmonviyə 5:8 yenilib (1:3; 4:5). Dünya çempionu Bakı-2015 ilk Avropa oyunlarında bürünc medal da qazanıb.

2-ci tutaşmada bahadırımız gürcüstanlı Saba Cavakişvilə 14:2 qalib gəlib (4:1; 10:1).

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish