- Baxış sayı: 30
- 11 Oktyabr 2024 15:55
- Baxış sayı: 99
- Oktyabr 10, 2024
- 0
İordaniyanın paytaxtı Əmmanda U-17 dünya çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki, yarışın 3-cü günündə qızlar mübarizəyə qoşulublar.
Əsra Məmmədli (49 kq) 1/8 finalda qırğızıstanlı Firuza Ahmədbəyova üzərində inamlı qələbə qazanıb – 8:1. Güləşçimiz macarıstanlı Sonya Nemetə də 4:0 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. Məmmədli finalın bir addımlığında yaponiyalı Utaha Yui ilə bacarmayıb – 0:9. Sabah bürünc medal uğrunda güləşəcək. Rəqib Polina Boçkaryova (Rusiya) – Fəridə Abdrəhmanova (Qazaxıstan) görüşünün qalibi olacaq.
Fidan Babayeva (57 kq) debütdə belaruslu Palina Brahinetsə 0:2 hesabıyla məğlub olub.
Sabah daha 4 qız güləşçimiz dünya çempionatında xalça üzərinə çıxacaq.