Güləşin canlı əfsanələri Astara olimpiya idman kompleksində ustad dərsi keçəcək

Sabah saat 15:00-dan 17:00-dək Astara olimpiya idman kompleksində güləşimizin canlı əfsanələri cənub bölgəsinin gənc və yeniyetmə idmançıları üçün ustad dərsi keçəcək. Allsport.az saytı xəbər verir ki, tədbir açıq olacaq.

İdmansevərlər olimpiya çempionu və gümüş mükafatçısı, dünya 2-cisi və Avropa çempionatının qalibi Toğrul Əsgərov, 2-qat olimpiya mükafatçısı, 3-qat dünya və 3-qat Avropa çempionu Hacı Əliyev və Astara güləş məktəbinin yetirməsi, olimpiya mükafatçısı, 2-qat dünya ikincisi və 3 qat-Avropa çempionu Cəbrayıl Həsənovu yaxından canlı görmək imkanı əldə edəcəklər.

Qadınlardan ibarət millinin Türkan Nəsirova ilə Nərgiz Səmədova da tədbir iştirakçıları arasında olacaqlar.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish