- Baxış sayı: 42
- 08 Fevral 2026 13:05
- Baxış sayı: 32
- Fevral 08, 2026
- 0

Serbiyanın Novı Sad şəhərində U-17 Avropa çempionatında komanda hesabında qalib olan yunan-Roma güləşçiləri vətəndə hərarətlə qarşılayıblar. Allsport.az saytı xəbər verir ki, bu yarışda 1-ci yer tutan Səid Paşayev (92 kq) hava limanında açıqlama verib:
“Şükürlər olsun, çempion oldum. Məşqçilərimin, valideynlərimin və öz zəhmətimi yerdə qoymadım. İnşallah, dünya çempionatına da yaxşı hazırlaşıb, əla nəticə verərik. Güləşin hansı növündə daha yaxşı nəticə göstərsəm, o növdə də karyeramı davam etdirəcəyəm”.