- Baxış sayı: 26
- 03 İyun 2023 12:03
- Baxış sayı: 9
- İyun 03, 2023
- 0
Naxçıvanda qadın şahmatçıların Azərbaycan çempionatı başa çatıb. Allsport.az saytı xəbər verir ki, qalib adını hələ ötən tur təmin etmiş Gülnar Məmmədova qazanıb.
O, 9 xal yığıb. Ümumilikdə, 3-cü dəfə ölkə çempionu olan qrossmeyster həm də dünya kubokunda oynamaq hüququ qazanıb.
2-ci yerin sahibi 7,5 xalla gənc Gövhər Beydullayeva olub. 3-cü sıranı isə onunla eyni xala malik, yalnız əlavə göstəricilərə görə geri düşən yığmamızın təcrübəli üzvü Zeynəb Məmmədyarova tutub.