“Günahı özümüzdə axtarmalıyıq”

“Sabah” premyer liqanın 16-cı turunda evdə “Şamaxı” ilə 1:1 edib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında “ağ-göylər”in baş məşqçi Murad Musayev bunu söyləyib:

“Oyun bizim tam nəzarətimiz altında keçdi. Demək olar, rəqibə təhlükəli vəziyyət yaratmağa imkan vermədik. Bu gün qalib gələ bilmədiyimizə görə təəssüf edirəm. Azlıqda qalsaq da, oyuna nəzarəti davam etdirirdik.

Qalib gəlməmişiksə, bunun günahını özümüzdə axtarmalıyıq. Çünki 25-ci dəqiqədə gərəksiz qırmızı vərəqə alaraq azlıqda qaldıq. Komandaya ikinci hissədə sərgilədiyi oyuna, xarakterə görə təşəkkür edirəm. Amma bu cür matçlardan 3 xalla ayrılmalıyıq”.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish