- Baxış sayı: 53
- 17 Mart 2025 15:25
- Baxış sayı: 49
- Mart 20, 2025
- 0
Xorvatiyanın paytaxtı Zaqrebdə reytinq turniri davam edir. Allsport.az xəbər verir ki, bu gün daha 6 güləşçimiz mübarizə aparıb.
Qadın güləşində 59 kq-da iki təmsilçimiz xalçaya çıxıb. Alyona Kolesnik “A” qrupunda macarıstanlı Erika Boqnar (5:2) və amerikalı Mikaela Bekə (tuş), Günay Qurbanova isə “B” qrupunda amerikalı Sofiya Makaluso (tuş) və moldovalı Mariana Çerdivaraya (8:2) qalib gəlib.
Hər iki güləşçimiz qrup lideri kimi yarımfinala yüksəlib. Kolesnik Çerdivaranı 3:1, Qurbanova isə Beki 6:0 hesabıyla məğlub edərək finala yüksəlib. Milli üzvləri həlledici görüşdə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən finalda daha əzmkar güləş nümayiş etdirən Günay 4:2 hesablı qələbə qazanıb.
Murad Məmmədov (63 kq) ilk mərhələdə özbəkistanlı Aytcan Xalmaxanova 5:14 hesabıyla uduzub. Onunla eyni çəkidə yer alan Ziya Babaşov belaruslu Qleb Makarankaya 2:1 hesabıyla qalib gələrək yarımfinala yüksəlsə də, rusiyalı Dinislam Bammatova məğlub olub – 0:8. Ziya amerikalı Ellis Kolmanla görüşdə son saniyələrdə təşəbbüsü əldən verərək bürünc medal əldə etmək imkanını itirib – 3:5.
Olimpiya oyunlarından sonra ilk yarışına çıxan Həsrət Cəfərov (67 kq) təsnifat mərhələsində norveçli Morten Toreseni mübarizədən kənarlaşdırıb – 5:1. Həsrət moldovalı Valentin Petiçlə görüşdə 7:0 öndə olarkən qulağından ciddi zədə alıb və yarışı tərk etmək məcburiyyətində qalıb. Bu çəkidəki digər təmsilçimiz Fərid Xəlilov debütdə serbiyalı dünya çempionu Sebastyan Nada sonuncu xal prinsipinə görə (3:3) məğlub olub.