Günay Qurbanova qitə çempionu oldu

Albaniyanın paytaxtı Tiranada güləş üzrə Avropa çempionatı davam edir. Allsport.az xəbər verir ki, bu gün qadın güləşində ilk medalçılar müəyyənləşib.

Əsmər Canqurtaran (50 kq) türkiyəli Songül Qavaqla görüşü yüksək səviyyədə keçirib. Rəqibinə 9:3 hesabıyla qalib gələn Əsmər bürünc medala sahib çıxıb.

Günay Qurbanova (59 kq) isə finalda italiyalı Aurora Russoyla qarşılaşıb. U-20 Avropa və dünya çempionu ünvanına sahib olan rəqib güləşçiylə görüşə daha inamlı başlayan Qurbanova ilk hissədə qazandığı 4 xalla qələbəni təmin edib.

İkinci hissədə 4:0 hesabı dəyişməyib və 17 yaşlı Günay debüt etdiyi U-23 Avropa çempionatının qalibi olub.

Həmin kateqoriyadan