Gürcülər ermənilərlə oyuna görə cəzalandı

UEFA-nın qərarına əsasən, Gürcüstan yığması millətlər liqasının 2026/27 mövsümündə ilk ev oyununu azarkeşsiz keçirəcək.

Allsport.az xəbər verir ki, qurumun nəzarət, etika və intizam komitəsi aprelin 9-da Nyonda iclas keçirərək martın 23-də Gürcüstan – Ermənistan oyunu zamanı və ondan sonra baş vermiş insidentləri müzakirə edib.

UEFA-nın qərarı ilə azarkeşlərin meydançaya daxil olması, lazer işıqlandırma və pirotexniki vasitələrdən istifadə etməsi və çıxışları bağladığı üçün Gürcüstan futbol federasiyası 40 min avro cərimələnib.

Qərarda iki illik sınaq müddəti də nəzərdə tutulub. İki il ərzində belə qayda pozuntuları təkrarlanarsa, milli yenidən tamaşaçısız oyun keçirəcək.

Həmin kateqoriyadan