Həbib: “Putinə məni döyməyə hazırlaşdıqlarını dedim”

UFC çempionu Həbib Nurməhəmmədov karyerasının ən böyük uğurundan danışıb.

Allsport.az xəbər verir ki, Həbib irlandiyalı döyüşçü Konor Makqreqor üzərində qələbəni böyük nailiyyət adlandırıb:

“Bütün müsahibələrindən və sözlərindən sonra onu susdurmağımı ən böyük uğurum sayıram. Makqreqora uduzmaq haqqım yox idi. Həmin qələbədən çox böyük həzz aldım. Döyüşdən sonra dava oldu və mən cangüdənlərin müşayiəti ilə otağa aparıldım. Onda mənə Vladimir Putin zəng edib soruşdu ki, necəyəm. Dedim ki, tribunanın altındakı otaqda oturmuşam, 300 cangüdən məni əhatəyə alıb, yəqin ki, məni döyməyə hazırlaşırlar”.

Həbiblə Konorun qalmaqallı döyüşü 2018-i ilin oktyabrında Las-Veqasda baş tutub. Həbib 4-cü raundda qalib gələrək yüngül çəkidə UFC çempionu olub.

Həmin kateqoriyadan