- Baxış sayı: 36
- 17 Mart 2025 15:25
- Baxış sayı: 82
- Mart 16, 2025
- 0
Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə U-23 Avropa çempionatında komanda hesabında 1-ci olan güləşçilər Vətənə qayıdıb.
Allsport.az xəbər verir ki, qitə birinciliyində bürünc medal qazanan Rəhman İmanov (57 kq) da ilk böyük uğurunun təəssüratlarını çatdırıb:
“Şükür Allaha, medalsız qayıtmadım. İlk görüşdə Rusiya güləşçisinə məğlub oldum. O finala yüksəldiyi üçün təsəlliverici görüşə çıxdım. Şimali Makedoniya güləşçisinə 11:0 hesabıyla qalib gəldim. Bürünc medal uğrunda qarşılaşma ağır keçdi. Ukraynalı rəqibimə 8:6 hesabıyla qalib gəldim. Bundan sonraki hədəfim dünya çempionatına maksimum hazırlaşıb, çempion olmaqdır”.