- Baxış sayı: 41
- 21 Mart 2025 23:57
- Baxış sayı: 48
- Mart 20, 2025
- 0
Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Araz-Naxçıvan” evdə “Zirə”yə 1:0 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında “al qurdlar”ın baş məşqçi Elmar Baxşıyev bunu deyib:
“Maraqlı oyun alındı. Hər 2 komanda meydanda yaxşı mübarizə apardı. Çətin oyun gözlədiyini bilirdik. Yolumuza davam edirik. Bu oyunu unudub, çempionat matçına hazırlaşacağıq. 4 gündən sonra “Kəpəz”lə oyunumuz var.
Kubok oyunları fərqli olur. Hələ üstünlük qazanmamışıq. Növbəti mərhələyə yüksəlmək üçün ikinci oyunda maksimumu etməliyik”.