- Baxış sayı: 127
- 12 May 2026 16:56
- Baxış sayı: 59
- May 12, 2026
- 0

Qadın və kişi voleybolçuların yüksək liqasında 3-cü yer və çempionluq uğrunda oyunların keçiriləcəyi tarixlər bəlli olub.
Allsport.az saytı xəbər verir ki, aprelin 18-də kişilərdə 3-cü yer uğrunda “Neftçi” və “Murov Az Terminal” klubları, finalda “Xilasedici” və “Ordu” üz-üzə gələcəklər.
Qadın voleybolçular mükafatlar üçün aprelin 19-da meydana çıxacaqlar. Xanımların mübarizəsində üçüncü yer uğrunda “Milli Aviasiya Akademiyası” ilə “Gəncə”, finalda isə “Turan” və “DH Volley” komandaları qarşılaşacaqlar.