“Həlli yolu ilə bağlı çatışmamazlıq var”

“Araz-Naxçıvan” çempionlar liqasının əsas mərhələsində Serbiyanın “Lozniça Qrad” klubuna 1:4 uduzub. Allsport.az saytı xəbər verir ki, baş məşqçimiz Joze Alesio da Silva yenilgiyə belə şərh verib:

“Son 3 ayda “Araz-Naçıvan”la ən yaxşı oyunumuzu keçirdik. Statistikaya baxdıq, köməkçi məşqçi Cordan 67 epizod yaratdığımızı, qapıya 31 zərbə endirdiyimizi dedi. Amma nəticə bunu gostərmir, bu qədər epizodumuz ola-ola cəmi 1 qol vurduq.

Deməli, həlli yolu ilə bağlı çatışmamazlıq var. Əgər sən bu qədər epizodlardan istifadə edə bilmirsənsə, rəqib fürsəti qacırmayacaq. “Lozniça Qrad” da təcrübəli komandadır.

Qrupdan çıxmaq imkanımız qalmayıb, amma son turda “Mostar”la keçirəcəyimiz oyuna qələbə qazanmaq üçün çıxacağıq”.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish