- Baxış sayı: 32
- 09 Dekabr 2024 23:52
- Baxış sayı: 151
- Dekabr 09, 2024
- 0
“Qarabağ” braziliyalı cinah müdafiəçisi Ailton Silvanı 1 illik icarə əsasında heyətinə qatıb. Allsport.az saytı xəbər verir ki, yeni transfer komandamıza keçidi haqda öz fikrini bildirib:
“Qarabağ”a gəldiyim üçün çox xoşbəxtəm, klubun hədəflərindən xəbərim var və əsas məqsədim çempionlar liqasının qrupuna gedən yolda komandama kömək etməkdir. Vaxtı ilə Azərbaycanda oynamışam, o zaman “Qarabağ”la danışıqlar olmuşdu, çox təəssüf ki, yarımçıq qaldı. Həmişə fikirləşirdim ki, Azərbaycana qayıtsam, yalnız “Qarabağ”da oynayacağam. “Qarabağ”la avrokuboklarda oynamaq fürsəti daha çoxdur və daha çox diqqət mərkəzində olursan.
Komanda yoldaşlarımın hansı fiziki durumda olduğunu deyə bilmərəm, mən son iki həftədir “Ştuttqart”la məşqdə iştirak edirdim, düzdür, hələ tam hazır deyiləm və ancaq qısa zamanda tam hazır olacağıma ümid edirəm. Avrokuboklarda ilk oyunu cəza səbəbindən buraxacağıma görə çox məyusam. İstərdim, ilk oyundan məşqçinin ixtiyarında olum, amma nə etmək olar ? Cavab oyununda meydanda olmaq üçün çalışacam”.