- Baxış sayı: 55
- 31 Oktyabr 2024 13:58
- Baxış sayı: 245
- Noyabr 06, 2024
- 0
Britaniya azərbaycanlıları assosiasiyasının və “Ölümsüz çempionlar” (“İmmortal Champions”) idman klubunun təşkilatçılığı, Azərbaycan diasporuna dəstək fondunun dəstəyi ilə Londonda 8 noyabr – Zəfər gününə yarış keçirilib.
Allsport.az saytı xəbər verir ki, gecədə müxtəlif ölkələrdən peşəkar döyüşçülər iştirak ediblər. Əsas diqqət mərkəzində olan görüşdən biri Hüseyn Mustafazadə ilə niderlandlı Coi Klijenburq arasında baş tutub.
Həmyerlimiz yüksək əzmkarlıq göstərək rəqibinə qalib gəlib və Avropa çempionu titulunu qazanıb. O bu zəfəri 2-ci Vətən müharibəsində tarixi qələbəyə həsr etdiyini açıqlayıb.