- Baxış sayı: 38
- 07 Dekabr 2025 17:43
- Baxış sayı: 255
- Dekabr 05, 2025
- 0

Ukrayna premyer liqasında 8-ci turun oyunları keçirilib.
Allsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Emil Mustafayevin yeni komandası – “Polesye” də növbəti matçına çıxıb.
Sözügedən komanda “Minay”ı qəbul edib və 2:1 hesabıyla qalib gəlib.
Emil də bu görüşün iştirakçısı olub. O, 62-ci dəqiqədə meydana çıxıb, 81-ci dəqiqədə sarı vərəqə alıb, 83-cü dəqiqədə isə komandasının qələbə qoluna imza atıb.