Həndbol federasiyasından bölgə seminarı

AHF tərəfindən həndbol idman növünün inkişaf etdirilməsi ilə bağlı regional seminar keçirilib. Allsport.az saytı xəbər verir ki, Şirvan olimpiya idman kompleksində Neftçala, Saatlı, Biləsuvar, Kürdəmir, Şirvan, Astara, Lənkəran, Yardımlı, Masallı, Cəlilabad rayonlarından olan məşqçi-müəllimlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan AHF-nin idman şöbəsinin müdiri İsgəndər Əsgərov iştirakçıları salamlayaraq, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd olunub ki, görüşlərin mütəmadi təşkil olunmasında məqsəd regionlarda həndbolun populyarlaşması və ona marağın artırılması istiqamətində işlərin davam etdirilməsidir.

Federasiyanın əməkdaşı Fəridə Əliyeva, gələcəkdə keçiriləcək yarışların vaxtı, məkanı və sənədləşdirmə işləri ilə bağlı məlumat verib. Toplantıda məşq prosesinin təşkili və təkmilləşdirilməsi, həndbol komandalarına seçilmə üsulları, yeni qaydalar və reqlamentlər ilə bağlı ətraflı söz açılıb. Məşqçi-müəllimlərin peşə səviyyələrinin artırılmasının uşaqlar arasında həndbol idman növünün inkişaf etdirilməsinə böyük təkan olacağı vurğulanıb.

Hər bir mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb. Seminar zamanı tədbir iştirakçıları üçün toplar və oyun qaydaları təqdim olunub. Sonda böyük məşqçilər – Çingiz ƏzimovVidadi Əliyev tərəfindən nümunəvi məşq keçirilib.

2 gün davam edən seminarın əsas məqsədi nəzəri və praktiki biliklərin artırılması ilə yanaşı, yeniyetmələr arasında ehtiyat qüvvənin səviyyəsinin müəyyənləşdirilməsidir. Seminarın təşkilinə görə federasiya rəhbərliyinə təşəkkür edən məşqçi-müəllimlər bu cür tədbirlərin davamlı olacağına ümid bəslədiklərini bildiriblər.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish