- Baxış sayı: 70
- 28 May 2023 20:32
- Baxış sayı: 39
- May 29, 2023
- 0
Azərbaycan həndbol federasiyasında (AHF) hesabat-seçki konfransı keçiriləcək.
Allsport.az xəbər verir ki, bu barədə Milli olimpiya komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə açıqlama verib.
“Həndboldakı durum qeyri-müəyyəndir. Bu barədə hesabat-seçki konfransından sonra danışmaq olar. Seçkinin vaxtı barədə hələlik məndə məlumat yoxdur. Amma mütləq olacaq”, – deyə o əlavə edib.
AHF-də bir qrup həndbolçu ilə rəhbərlik arasında narazılıq yaranıb. Nəticədə federasiyanın qərarı ilə həmin idmançılar diskvalifikasiya olunublar.