- Baxış sayı: 28
- 11 Noyabr 2024 23:46
- Baxış sayı: 53
- Noyabr 11, 2024
- 0
“Qarabağ” premyer liqanın 6-cı turunda öz meydanında “Sabah”a 4:3 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında Ağdam klubunun baş məşqisi Qurban Qurbanov gərgin keçən oyun barədə bunu söyləyib:
“Bəzən belə oyunlarda, sanki istəyirsən oyun bitməsin. Meydanda əsl futbol vardı. “Sabah” çox yaxşı çıxış etdi. Rəqib baş məşqçini təbrik edirəm. Bu gün hər 2 tərəfə alqış düşür. Qarşımızda istəkli komanda var idi. Belə olan halda, rəqib daha məsuliyyətli olur.
Oyunçularımı da təbrik edirəm. Çox zəhmət çəkdilər. Azarkeşlər bu gün əsl futbol gördülər: bol qol, sürət, dinamika, hücumlar və gərginlik. Nəticə öz yerində, ümumi oyuna görə daha çox rahatam”.