“Hər bir futbolçumuz böyük istəklə çalışır”

Azərbaycan premyer liqasının XXV turunun “Sumqayıt” – “Qarabağ” oyunundan (0:2) sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Allsport.az xəbər verir ki, 53 yaşlı mütəxəssis matç barədə fikrini açıqlayıb:

“Futbolçularımı təbrik edirəm. Çox vacib qalibiyyət idi. Soyuq havada çəkilən əziyyətdən sonra qalibiyyətlə dönmək çox xoşdur. Rəqib də bu gün sona kimi mübarizə apardı, inamını itirmədi. Hər iki komandanı dəstəkləməyə gələn azarkeşlərə təşəkkür edirəm. Qarşıda hələ çox oyunumuz var. Hər bir futbolçumuz böyük istəklə çalışır. Oyunlar da onlar üçün bir imkandır”.

Həmin kateqoriyadan