- Baxış sayı: 42
- 17 İyun 2025 14:26
- Baxış sayı: 53
- İyun 20, 2025
- 0
4 mayda Azərbaycanda qlobal xeyriyyə tədbiri olan ümumdünya qaçış “Həyatın qanadları” (“Wings for Life World Run” yenidən təşkil olunacaq. Allsport.az saytı xəbər verir ki, tədbir bu il də tətbiq qaydasında baş tutacaq və Bakı dənizkənarı bulvarında Bayraq meydanının qarşısından yerli vaxtla saat 15:00-da start veriləcək.
“Həyatın qanadları” həm qaçanlar, həm də əlil arabasında iştirak edənlər üçün nəzərdə tutulmuş unikal bir qlobal qaçışdır. Bu tədbir eyni tarixdə və eyni saatda dünyanın onlarla ölkəsində start götürərək iştirakçılar arasında bərabərlik yaradır. Yürüşün ən fərqli cəhəti isə ənənəvi finiş xəttinin olmamasıdır. Qaçış başladıqdan 30 dəqiqə sonra virtual yaxalama avtomobili (“Catcher Car”) iştirakçıların arxasınca hərəkətə keçir və getdikcə sürətlənərək onları “yaxalayır”. Avtomobil sənə çatdığı anda isə sənin şəxsi finişin sayılır.
Bu beynəlxalq tədbirin məqsədi onurğa beyni zədələrinin müalicəsinə yönəlmiş elmi tədqiqatlara dəstək olmaqdır. İştirak haqqının 100%-i bilavasitə “Wings for Life” fonduna köçürülərək bu sahədə aparılan həyati əhəmiyyətli klinik tədqiqatların maliyyələşdirilməsinə sərf olunur. Qaça bilməyən milyonlarla insan üçün ümid olmaq, onların həyatına təsir etmək bu yürüşün əsas məqsədini təşkil edir.