- Baxış sayı: 53
- 17 Mart 2025 15:25
- Baxış sayı: 49
- Mart 20, 2025
- 0
Minskdə sərbəst güləş üzə 3-qat olimpiya çempionu Aleksandr Medvedin xatirə turniri keçirilib. Allsport.az xəbər verir ki, 13-15 fevralda keçirilən yarışda Azərbaycanı məşqçi Əşrəf Əliyevin rəhbərliyi altında 7 güləşçi təmsil edib. Milli üzvləri 1 gümüş və 2 bürünc medal qazanıb.
74 kq-da Turan Bayramovla Hacımurad Ömərov çıxış edib. Olimpiadadan sonra ilk yarışına çıxan Bayramov belaruslu Nikita Dmitriyevlə qazaxıstanlı Erbarıs Satıbaldın üzərində 8:0 hesablı qələbələrlə, Ömərov isə rusiyalı İmam Qanişovla (6:1) belaruslu Yeqor Akuliniçi (6:3) üstələyərək yarımfinala yüksəlib. Turan finalın bir addımlığında rusiyalı İnalbəy Şeriyevə 2:5 hesabıyla məğlub olubsa, Hacımurad türkiyəli Fazlı Əryılmazdan güclü olub – 6:3. Bayramov rusiyalı Kantemir Senova 3:2 hesabıyla qalib gələrək bürünc medala sahib çıxıb. Ömərov finalda Şeriyevə uduzub (3:11) və gümüş medalı boynundan asıb.
Şamil Zubairov (92 kq) 1/8 finalda rusiyalı Mustafahacı Malaçdibirova 4:6 hesabıyla məğlub olsa da, təsəlliverici görüşdə belaruslu Artyom İqnatyuka (13:1), bürünc medal uğrunda qarşılaşmada isə rusiyalı Abdulla Həmzətova (4:3) qalib gələrək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Əfqan Xaşalov (57 kq) Musa Ağayev (65 kq), Teymur Gülməhəmmədov (86 kq) və İslam İlyasov (97 kq) yarışı medalsız başa vurub.