Hakimliyə namizədlər üçün məşğələ

Azərbaycan cüdo federasiyasının (ACF) inzibati binasında hakimliyə namizədlər üçün növbəti nəzəri seminar təşkil edilib.

Allsport.az xəbər verir ki, ACF-in hakimlər komitəsinin təşkilatçılığı ilə baş tutan seminarın əsas mövzuları jestlər və səsləndirilən komandalar, eləcə də bu ildən tətbiq edilmiş yeni qaydaların izahı olub. Sonda hakimliyə namizədlərin sualları cavablandırılıb.

Həmin kateqoriyadan