Hava şəraiti dünya çempionatının proqramında dəyişikliyə səbəb olub
8 iyun 2018 / 21:42 Baxış sayı: 1154 Küləkli hava şəraiti ilə əlaqədar BMX üzrə dünya çempionatında gənclər və elit kateqoriyasının bu gün saat 20:40-da başlamalı olan təsnifat yürüşləri təxirə salınıb. Allsport.az saytı xəbər verir ki, bu səbəbdən iyunun 9-da yarış proqramında müəyyən dəyişikliklər edilib.
Yeni yarış cədvəlinə əsasən, iyunun 9-u, saat 18:00-da dünya çempionatının keçici bayrağı 2019-cu ildə yarışı qəbul edəcək Belçika nümayəndələrinə təqdim ediləcək. Saat 18:10-dan 20:30-dək təsnifat yürüşləri keçiriləcək. 20 dəqiqəlik fasilədən sonra saat 20:50-də final mərhələsi başlayacaq.
Həlledici yürüşlər saat 23:10-da bitəcək və bundan sonra dünya çempionatının qaliblərinin mükafatlandırma mərasimi həyata keçiriləcək.