- Baxış sayı: 31
- 20 Mart 2023 11:27
- Baxış sayı: 25
- Mart 20, 2023
- 0
“Real”ın futbolçusu Eden Hazard növbəti mövsüm də Madrid klubunda qalmaq istəyir.
Allsport.az xəbər verir ki, yarımmüdafiəçi gələcəyi ilə əlaqədar danışanda deyib:
“Mənə gəlincə, gələn mövsüm “Real”da oynamağı planlaşdırıram, amma kim bilir… Meydanda olmaq, özümü vacib hiss etmək istəyirəm.
Eden Hazard bu mövsüm “Real”ın heyətində cəmi 7 oyuna çıxıb, 1 qol vurub və 1 qolun ötürməsini verib. Onun “kral klubu” ilə müqaviləsi 2024-cü ilin iyuluna qədərdir.