- Baxış sayı: 30
- 13 Noyabr 2024 23:46
- Baxış sayı: 67
- Noyabr 12, 2024
- 0
“Neftçi” premler liqanın 9-ci turunda Tovuzda “Kəpəz”ə 3:4 uduzub. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Roman Qriqorçuk bunu deyib:
“Nadir hallardan biridir ki, bugünkü oyun barədə düşündüyümü təhlil edib sizə deyə bilmirəm. Çünki bu cür matçları dəqiqliklə təhlil edib danışmaq lazımdır. Hazırda çətin vəziyyətdəyəm, inana bilmirəm ki, bütün bunlar mənim başıma gəlir, sanki yuxudayam.
Buna görə də oyunun təhlilini ertələyirəm. Azarkeşlərimiz mənim ünvanıma heç də xoş olmayan ifadələr işlədirdilər. Onlardan nəinki inciyirəm, əksinə, inanılmaz dərəcədə səbr göstərdiklərinə görə onlara təşəkkür edirəm.
Azarkeşləri başa düşürəm, onlara böyük hörmətim var. “Neftçi”də işimə görə pərişan deyiləm. Bunu faciə kimi yox, məğlubiyyət kimi qəbul edirəm”.