- Baxış sayı: 15
- 30 Noyabr 2023 15:56
- Baxış sayı: 36
- Noyabr 30, 2023
- 0
“Sumqayıt” premyer liqanın 7-ci turunda evdə “Turan Tovuz” ilə qolsuz heç-heçə edib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında meydan sahiblərinin məşqçisi Mübariz Orucovun oyunla bağlı fikrimi açıqlayıb:
“İlk növbədə, lokal antiterror tədbirləri zamanı şəhid olmuş hərbçilərimizə Allahdan rəhmət diləyir, ailələrinə başsağlığı verirəm.
Oyuna gəldikdə, 2 məğlubiyyətdən sonra bu gün qalib gəlmək istəyirdik. Təəssüf ki, alınmadı. İkinci hissədə real qol şanslarımız oldu.
Onları dəyərləndirsəydik, meydandan 3 xalla ayrıla bilərdik. Amma hesab edirəm ki, heç-heçə ədalətli nəticədi”.