- Baxış sayı: 187
- 03 İyun 2023 23:30
- Baxış sayı: 187
- İyun 03, 2023
- 0
“Qələbəyə görə sevinirik. Rəqib yaxşı komandadır. Artıq diqqətimizi “Qarabağ”la matça yönəldəcəyik”.
Allsport.az xəbər verir ki, bu fikirləri “Omoniya”nın baş məşqçisi Henninq Berq evdə “Aris”i 3:0 hesabı ilə məğlub etdikləri Kipr çempionatının X tur oyunundan sonra mətbuat konfransında deyib.
52 yaşlı norveçli mütəxəssis “Qarabağ”a qarşı keçirəcəkləri UEFA konfrans liqasının qrup mərhələsinin V tur görüşü barədə də danışıb: “Hər matça fərqli yanaşırıq. “Qarabağ”la görüşdə ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq. Heyətdə dəyişikliklər olacaq. Bu, bəzi oyunçular üçün fürsətdir. Onlar o qədər də çox şans əldə etmirlər. Daha sonra APOEL-lə görüşü düşünə bilərik. Hazırda bütün fikrimiz Bakıdakı qarşılaşmadadır”.
Noyabrın 25-də Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək “Qarabağ” – “Omoniya” oyunu saat 21:45-də başlayacaq. 4 oyundan sonra 10 xal toplayan Azərbaycan təmsilçisi “H” qrupunda liderdir və vaxtından əvvəl pley-offa vəsiqəni təmin edib. Kipr klubu isə 2 xalla 3-cü sırada qərarlaşıb.