Heydər Əliyev mərkəzinin qarşısında voleybol tədbiri

Avropa idman həftəsi çərçivəsində “Fəal olaq” tədbiri keçirilib. Allsport.az saytı xəbər verir ki, Heydər Əliyev mərkəzinin qarşısında baş tutan məşğələdə müxtəlif idman növləri ilə yanaşı, voleybola aid elementlər də nümayiş olunub.

Tədbirdə gənc qız və oğlan voleybolçular, eləcə də veteranlar – Alla Həsənova, Oksana Məmmədyarova, Eldar Əliyev, Cəlil Baxtiozin də iştirak ediblər. Onlar voleybol üçün ayrılmış xüsusi ərazidə bu idman növünə aid elementləri nümayiş etdirib, həmçinin voleybol haqqında məlumat veriliblər.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish