- Baxış sayı: 67
- 02 Oktyabr 2023 19:24
- Baxış sayı: 45
- Oktyabr 03, 2023
- 0
Çin qran-prisinin 2-ci günü Azərbaycan millisi üçün uğurlu olub. Allsport.az saytı xəbər verir ki, 2 həftə öncə Bakıda keçirilən “Böyük dəbilqə” baş mükafata sahib çıxan Hidayət Heydərov (73 kq) eyni nəticəni bu yarışda da göstərib.
Çində 43 ölkədən 298 cüdoçu mübarizə aparır. Bizimkilər 6 cüdoçu ilə təmsil olunur. Qran-prilərdə ilk pilləni tutanlar hesablarına 700, 2-ci yerə 490 və 3-cü sırada qərarlaşanlar 350 xal; 5-ci və 7-ci mövqeyə çıxanlar müvafiq olaraq 252 və 182 xal yazırlar.