Höccət “Traktor”la vidalaşdı

“Neftçi”nin yeni transferi Höccət Haqverdi Təbrizin “Traktor” klubu ilə vidalaşıb. Allsport.az xəbər verir ki, millimizin üzvü özünün instaqram səhifəsində bunu qeyd edib:

“Əziz azarkeşlər, yarım mövsüm sizinlə birlikdə olduq. Şübhəsiz, ayrı qalmaq mənim üçün asan olmayacaq, Azərbaycanın mehriban sakinləri. Amma ümid edirəm ki, daha sonra daha yaxşı şəraitdə dəstəyinizə qarşılıq olaraq, yenidən “Traktor”un formasını geyinə biləcəyəm. Hər birinizə sevgilər, əziz fanatlar. Sonda komandaya mövsümün qalan hissəsində uğurlar arzulayıram”, – təcrübəli oyunçu yazıb.

Haqverdi “Neftçi” ilə 1,5 illik müqavilə imzalayıb.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish