- Baxış sayı: 69
- 21 İyul 2026 23:26
- Baxış sayı: 71
- İyul 19, 2026
- 0

İdman arbitraj məhkəməsi (İAM) “Turan Tovuz” klubunun müraciəti ilə bağlı qərarını açıqlayıb. Allsport.az saytı xəbər verir ki, qurum, UEFA apellyasiya orqanının iyunun 2-də Tovuz təmsilçisi barədə qəbul etdiyi qərarı qüvvədə saxlayıb.
İyunun 15-də açıqlanan qərara əsasən, “Turan Tovuz” bütün idman prinsiplərinə uyğun şəkildə əldə etdiyi vəsiqəyə baxmayaraq, konfrans liqasının 2026/2027-ci illər mövsümündə iştirak etməyəcək.
UEFA intizam komitəsi AFFA-nın 2019-cu ildə danışılmış oyunlarla bağlı qərarına əsaslanaraq, “Turan Tovuz”u 2026/2027-ci illər mövsümündə avrokuboklardan kənarlaşdırıb.