- Baxış sayı: 34
- 09 Oktyabr 2024 23:31
- Baxış sayı: 28
- Oktyabr 10, 2024
- 0
Bu gün AFFA-nın icraiyyə komitəsinin videokonfransı keçirilib. Allsport.az saytı xəbər verir ki, aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
1. AFFA-nın intizam komitəsinin sədri və aşağıda adı göstərilmiş üzvləri təsdiq olunsun:
– Sədr: Erkin Hüseynov
– Üzvlər: Cahangir Həsənzadə, Məhəmməd İsmayılov
2. Oyunçuların statusu və transferi komitəsinin yeni əsasnaməsinin təsdiq olunsun
3. Fritz Stuchlikin hakimlər komitəsinin sədri vəzifəsində müqaviləsinin müddəti uzadılsın
4. Babək Quliyev hakimlər komitəsinin üzvü vəzifəsinə təsdiq olunsun (vakant yerə)
5. Hakimlər üçün “Tofiq Bəhramov mükafatı”nın əsasnaməsi təsdiqlənsin. Mükafat 2021-2022-ci il mövsümündən etibarən təqdim olunsun
6. Birinci divizionda limit aşağıdakı kimi müəyyənləşsin:
5 nəfər təvəllüdü 2000-ci ilə qədər olan futbolçu, 6 nəfər yaş məhdudiyyəti olmadan. Yaş məhdudiyyəti tətbiq olunmayan 6 futbolçudan 2-si legioner ola bilər
7. Əvəzedici komandası birinci divizionda və qadınlardan ibarət komandaları müvafiq liqalarda iştirak etməyən klubların 2020-2021-ci il mövsümü üçün nəzərdə tutulan müvafiq cəriməsi COVİD-19 pandemiyası ilə əlaqədar ləğv olunsun. 2021-2022-ci il mövsümündə əvəzedici komandasının birinci dvizionda iştirakını təsdiq etməyən klub müvafiq qaydada 150.000 (yüz əlli min) AZN cərimə məbləğini 3 ay ərzində ödəməlidir. Əvəzedici komandası birinci divizionda iştirak edən hər bir kluba AFFA tərəfindən 50.000 (əlli min) AZN ödənilsin;
8. Pandemiya səbəbindən futzal üzrə ölkə çempionatının keçirilməməsi nəzərə alınaraq, növbəti mövsüm futzal üzrə UEFA kubokunda çıxış edəcək klubun müəyyənləşdirilməsi futzal federasiyasına tapşırılsın
9. Futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Joze Alesio Da Silva ilə müqavəli 1 il müddətinə uzadılsın
10. 2021-2022-ci il mövsümündən başlayaraq birinci divizionda çıxış edən ən azı 2 kluba 2022-2023-cü mövsümündən etibarən sponsorların tapılması məqsədilə AFFA tərəfindən çalışmalara başlanılsın (klublar sponsor tapılmasında çətinliklər yaşadığı üçün)
11. Növbəti mövsüm üçün birinci divizion klublarından heç birinin premyer liqa ilə bağlı lisenziya şərtlərini yerinə yetirə bilməməsi və pandemiya ilə bağlı ortaya çıxan çətinliklər nəzərə alınaraq, Premyer liqada növbəti mövsüm də ötən mövsüm çıxış etmiş komandalar iştirak etsin.
İclasda məlumat verildi ki, “Turan Tovuz” klubunun nəzdində inşa olunmuş Akademiyanın saxlanılması üçün 1 illik 400 000.00 AZN vəsait tələb olunur. Bununla əlaqədar AFFA tərəfindən FİFA-ya müraciət ünvanlanıb. Layihə FIFA tərəfindən müsbət dəyərləndirilib. Növbəti 3 il ərzində “Turan Tovuz”un nəzdindəki akademiya FİFA-nın ayırdığı vəsait hesabına maliyyələşəcək.