- Baxış sayı: 44
- 09 Oktyabr 2024 17:28
- Baxış sayı: 59
- Oktyabr 10, 2024
- 0
Gənclər və idman nazirliyi yanında ictimai şuranın növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda sədr, sədr müavini və katibinin seçilib. Azərbaycan cüdo federasiyasının vitse-prezidenti Elnur Məmmədli ictimai şuranın sədri, Dünya azərbaycanlıları gənclər təşkilatının sədri Ramin Həbibzadə sədr müavini, Gənclərin maarifləndirilməsinə dəstək İB-in sədri Aynurə Salmanlı isə şuranın katibi seçilib.
İclasın növbəti mərhələsində şuranın reqlamenti və təsis edilməsi planlaşdırılan komitələrin əsasnamələri müzakirəyə çıxarılıb, həmçinin cari ay ərzində həyata keçirilməsi nəzərdə tutulan fəaliyyətlər şura üzvlərinin qərarı ilə yekdilliklə təsdiqlənib.