“İdman elminin müasir aspektləri” mövzusunda beynəlxalq konfrans

Bu gün Bakıda dövlət bədən tərbiyəsi və idman akademiyasının təşkilatçılığı ilə beynəlxalq olimpiya gününə həsr olunmuş “İdman elminin müasir aspektləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans işinə başlayıb.

Allsport.az saytı xəbər verir ki, tədbirin əsas məqsədi idmanın inkişafında son elmi nailiyyətlərin birgə müzakirəsi və təcrübə mübadiləsidir. Açılışda gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, milli məclis gənclər və idman komitəsinin sədri Adil Əliyev, milli olimpiya komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, milli məclisin elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev çıxış ediblər.

Konfransa iyunun 25-də AzDBTİA-da “İdmançıların hazırlıq sisteminin təkmilləşdirilməsi”, “Bədən tərbiyəsində kütləvilik və sağlam həyat tərzinin formalaşdırılması” və “Bədən tərbiyəsi və idman fəaliyyətinin təşkili” bölmələrində maraqlı təqdimatlar və müzakirələrlə yekun vurulacaq.

Həmin kateqoriyadan