İdman jurnalistləri arasında ilk onlayn şahmat turniri

Azərbaycan idman jurnalistləri assosiasiyasının (AİJA) təşkilatçılığı və “Etopaz”ın baş sponsorluğu ilə Heydər Əliyevin anadan olmasının 98-illiyinə idman jurnalistləri arasında ilk onlayn şahmat turniri keçiriləcək.

Allsport.az saytı xəbər verir ki, Azərbaycan şahmat federasiyasının iştirakı ilə baş tutacaq yarışa “İdman” TV, “Oxu.az”, “Estafet.az”, “Media.az” və “inSportPress” informasiya, “Chess.az” isə texniki dəstək verəcək.

Mayın 2-də saat 12.00-da start götürəcək yarışda iştirak etmək istəyən həmkarlar turnirin direktoru, AİJA-nın vitse-prezidenti Anar Şabanoğluya [email protected] elektron ünvanı vasitəsilə mayın 1-i saat 12.00-dək müraciət edə bilərlər.

Mükafatçıların təltifetmə mərasimi mayın 4-də Azərbaycan nəşriyyatında olacaq.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish