İdman jurnalistləri birliyi ilə cüdo federasiyası arasında müqavilə

İdman jurnalistləri ictimai birliyi ilə cüdo federasiyası arasında əməkdaşlıq müqaviləsi olub. Allsport.az saytı xəbər verir ki, sənədi AİJİB-in sədri Azər Quliyev və ACF-nin vitse-prezidenti Elnur Məmmədli imzalayıblar.

Razılaşmaya əsasən, qurumlar müştərək tədbirlər təşkil edəcək, cüdonun kütləviliyi və təbliği üzrə birgə fəaliyyət quraraq qarşılıqlı nəticələrə nail olmaq məqsədilə əməkdaşlıq edəcəklər.

Eyni zamanda, hər iki tərəfin nümayəndələrinin iştirakı ilə araşdırmalar aparılaraq layihələr hazırlanacaq, konfranslar, təlimlər, seminarlar təşkil edəcək.

Bundan başqa, ictimai birlik Bakıda və digər şəhərlərdə təşkil olunacaq turnirlərdə, habelə beynəlxalq yarışlarda ACF-nin media tərəfdaşı ola bilər.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish