İdman jurnalistlərindən bəyanat

Azərbaycan idman jurnalistləri ictimai birliyi bəyanat yayıb. Allsport.az saytı mətni diqqətinizə çatdırır:

“İlk sayı 22 iyul 1875-ci ildə işıq üzü görmüş “Əkinçi” qəzetindən başlayaraq uzun və şərəfli inkişaf yolu keçmiş Azərbaycan mətbuatı ötən müddət ərzində müxtəlif sahələr üzrə ixtisaslaşmış, siyasi təhlil, elm, iqtisadiyyat, idman və sair istiqamətlər üzrə peşəkar jurnalistlər fəaliyyət göstərmişlər. Ölkəmiz müstəqillik əldə etdikdən sonra, xüsusilə, idman jurnalistikası sahəsində kəmiyyət və keyfiyyət baxımından nəzərəçarpacaq dərəcədə inkişaf müşahidə olunub və proses bu gün də davam etməkdədir.

Təkcə onu qeyd etmək kifayət edər ki, hazırda Azərbaycanda idman üzrə ixtisaslaşmış onlarla sayt, bir neçə qəzet, iki televiziya fəaliyyət göstərir, bir neçə televiziya və radio kanalında idman təmayüllü müntəzəm verilişlər yayımlanır. Bütün bunlar ölkəmizdə idmanın təbliği, idmançıların, məşqçilərin, bu sahədə çalışan digər şəxslərin populyarlaşması, ictimaiyyətə təqdim olunması, müxtəlif yarışlarda motivasiyalarının artırılması naminə həyata keçirilir və qeyd olunan işlərin gerçəkləşməsi idman jurnalistlərinin fədakar əməyi sayəsində mümkün olur.

İctimai televiziyanın efirində yayımlanan müəllif proqramında Orxan Fikrətoğlu tərəfindən idman jurnalistləri haqqında səsləndirilmiş bəzi fikirlər, əsaslandırılmamış ittihamlar, konkret ünvan göstərilmədən ümumiləşdirilmiş şəkildə tənqid etmək cəhdləri Azərbaycan idman jurnalistləri ictimai birliyini dərindən təəssüfləndirir. AİJİB olaraq Orxan Fikrətoğlunun məlum fikirlərini şiddətlə qınayır, verilişin müəllifinə idman jurnalistlərinin əməyinə kölgə salmağın yolverilməz olduğunu qeyd etməyi özümüzə borc bilirik”.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish