İdman könüllülərinin forumu baş tutdu

İdman Paytaxtı” Qəbələdə Türk dövlətləri təşkilatı idman könüllülərinin l forumu keçirilib.

Allsport.az xəbər verir ki, açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov çıxış edib, forumun işinə uğurlar arzulayıb.

Toplantıda ölkədə idman könüllülərinin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub. Daha sonra iclas “Türk dövlətləri təşkilatında idman könüllülüyü sahəsində mövcud təcrübə” mövzusunda panel müzakirə ilə davam edib.

Tədbirdə gənclər və idman nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov, Türk dövlətləri təşkilatının baş katibinin müavini Sədi Cəfərov, layihə direktoru Ədalət Yessimxanov da iştirak ediblər.

Həmin kateqoriyadan