Gənclər və idman nazirliyi ilə federasiyalardan Tokio olimpiadasına xərclənən pulların hesabı sorulacaq

“Bu il gənclər və idman nazirliyində Tokio-2020 yay olimpiya oyunlarına və federasiyalara ayrılan vəsaitin auditi aparılacaq”.

Allsport.az saytı xəbər verir ki, bunu hesablama palatasının sədri Vüqar Gülməmmədov milli məclisin bu gün keçirilən iclasında qurumun ötənilki fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deyib.

Onun sözünə görə, xarici ticarət fəaliyyəti iştirakçıları üzərində gömrük nəzarətinin təşkili vəziyyətinin araşdırılması da planlaşdırılır.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish