İdman rəqsləri üzrə ölkə çempionatında fərqlənənlər

İdman rəqsləri üzrə Azərbaycan çempionatı keçirilib. Allsport.az saytı xəbər verir ki, Avropa-standart, Latın-Amerikası və çoxnovçülük proqramlarıında, yeniyetmələr (14-15 yaş), gənclər (16-18 yaş) və böyüklər (19-35 yaş) arasında təşkil edilən yarışda “Aypara”, “Şane”, “Olimp”, “Çinar” və “Azəri” idman klublarının 70 nümayəndəsi mübarizə aparıb.

Böyüklər arasında Latın Amerikası proqramında 1-ci yeri Mişel MaritanAndrea Bolzoni (“Şane” idman klubu) dueti tutub. Standart proqramda da “Şane”nin yetirmələri fərqləniblər: Kiril Pavlov Kristina Şinkaryuk.

Coxnövçülük nominasiyasında isə “Aypara” idman klubunun üzvləri Yeqor NikolayevAleksandra Raskatova 1-ci olublar. Gənclərdə hər 2 növdə (Latın Amerikası və standart) 1-ci yeri “Aypara” idman klubunun nümayəndələri Vladislav YesipenokAlua Karqabayeva tutublar.

Yeniyetmələrin mübarizəsinə gəlincə, Latın Amerikası növündə Ostap ŞeşukovMədinə Məmmədova dueti (“Çinar” idman klubu), standart proqramda isə Qaflan AbbasovAnastasiya Kşnyakina (“Azəri inciləri” idman klubu) qalib gəliblər.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish