• Ça. İyl 5th, 2022

İdmançı və mütəxəssislərə dövlət mükafatları təqdim edilib

Mar 15, 2022

Ölkə başçısı İlham Əliyevin sərəncamı ilə təltif edilmiş olimpiyaçıların və bu gün mükafatlandırılması olub. Allsport.az saytı xəbər verir ki, Tokio-2020 yay olimpiya və paralimpiya oyunlarında mükafat qazanmış Azərbaycan idmançılarının və məşqçilərinin təltifetmə mərasimində gənclər və idman naziri Fərid Qayıbov və milli olimpiya komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış ediblər. 

Tokioda uğur qazanmış idmançıları dövlət mükafatlarına layiq görülmələri münasibətilə təbrik edərək onlara qarşıdakı yarışlarda, xüsusən də Paris-2024-də oyunlarında uğurlar arzulayıblar.

Sonra gənclər və idman naziri Fərid Qayıbov prezident İlham Əliyevin sərəncamları ilə təltif edilmiş idmançı və məşqçilərə müvafiq dövlət mükafatlarının medal və vəsiqələrini təqdim edib.

Təltif edilənlər siyahısında Tokio olimpiadasının gümüş medalçıları sərbəst güləşçi Hacı Əliyev (65 kq), karateçi İrina Zaretska (68 kq) və 3-cü yeri tutan cüdoçu İrina Kindzerska (68 kq), həmçinin Tokio paralimpiadasında bürünc medala yetişən İlham Zəkiyev (+100 kq) də var.

AllEscortAllEscort