Dünya biriniciliyinə start verilib. Pley-offu ancaq Murad Əkbərov adlayıb

Qahirədə yeniyetmə və gənclərin dünya birinciliyi yarışına start verilib. Allsport.az xəbər verir ki, qız qılıncoynadanlarda Aysel Əhədova (4 qələbə), oğlanların mübarizəsində isə Maqsud Hüseynli (4 qələbə) və Murad Əkbərov (2 qələbə) qrup mərhələsini uğurla başa vuraraq pley-offa yüksəliblər.

Adı ilk çəkilən təmsilçimiz Aysel Əhədova pley-offda Bolqarıstan idmançısı Beloslava İvanovaya 12:15 hesabı ilə uduzub. Maqsud Hüseynli isə pley-offda Aleksandru Zmauya (Rumıniya) 11:15 hesabı ilə məğlub olub.

Murad Əkbərov pley-offda keçirdiyi ilk görüşdə kolumbiyalı rəqibi Londono Borondi üzərində 15:7 hesablı qələbə qazansa da, növbəti görüşündə rusiyalı Məhəmməd Həlimbəyova 5:15 hesabı ilə uduzub.

Gənc sablyaçıların mübarizəsində qüvvəsini sınayan Zərifə HüseynovaSaleh Məmmədov isə qrupu adlaya bilməyiblər.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish