- Baxış sayı: 42
- 17 İyul 2025 21:42
- Baxış sayı: 175
- İyul 17, 2025
- 0
İtaliyanın Kaorle şəhərində U20 Avropa çempionatı davam edir.
Allsport.az xəbər verir ki, beşinci yarış günündə sərbəst güləş üzrə mübarizəyə start verilib.
Vasif Bağırov (57 kq) türkiyəli Nurəddin Qapala (tuş) və macarıstanlı Karoli Barata (10:0) vaxtından əvvəl qalib gələrək yarımfinala yüksəlib. Vasif yarımfinalda moldovalı Yon Bulqaruya da heç bir fürsət tanımayıb – 8:1. Ardıcıl 2-ci dəfə qitə birinciliyinin finalına vəsiqə qazanan Bağırov sabah həlledici görüşdə gürcüstanlı Nika Zanqaladzeylə güləşəcək.
Hacı Kərimov (65 kq) debütdə italiyalı Alessandro Ninini minimal fərqlə (4:3) üstələsə də, 1/4 finalda gürcüstanlı Lazare Qujaraidzeyə “tuş”la uduzub.
İsmayıl Rəhimli (70 kq) macarıstanlı Jozef Tota tam üstünlüklə (10:0) qalib gəlsə də, 1/8 finalda türkiyəli Rəmzi Teymuta məğlub olub – 0:4.
Muradxan Ömərov (79 kq) türkiyəli Hüseyin Qabaqdaşa 5:2 və ermənistanlı Narek Nikoqosyana 7:3 hesabıyla qalib gələrək yarımfinala adlayıb. Muradxan yarımfinalda avstriyalı Məhəmməd İnşapiyevi çətinlik çəkmədən məyus edib – 11:0. Ömərov sabah finalda gürcüstanlı David Çetçelaşviliylə qarşılaşacaq.
Rəvan Musayev (97 kq) türkiyəli İbrahim Beneklini (6:1) mübarizədən kənarlaşdırsa da, 1/4 finalda gürcüstanlı Konstantin Petriaşviliyə 4:12 hesabıyla məğlub olub. Rəqib finala yüksəldiyi üçün Rəvan sabah təsəlliverici görüşdə macarıstanlı Peter Şivnovskiylə üz-üzə gələcək.