İki güləşçimiz dünya yığmasında

Dekabrın 10-11-də ABŞ-də sərbəst və qadın güləşi üzrə dünya kuboku keçiriləcək. Allsport.az saytı xəbər verir ki, Ayova ştatının Koralvill şəhərində hər 2 yarışda ölkəmiz fərdi qaydada təmsil olunacaq.

Sərbəst güləşdə dünya yığmasının tərkibində Osman Nurməhəmmədov (92 kq) yer alıb. Bu komanda “B” qrupunda Yaponiya və İranla mübarizə aparacaq. “A” qrupunda isə ABŞ, Gürcüstan və Monqolustan çıxış edəcək.

Qadın güləşində isə dünya yığmasının heyətində Jalə Əliyeva (57 kq) yer alıb. Bu komanda “B” qrupunda Çin və ABŞ-la gücünü sınayacaq. “A” qrupunun iştirakçıları Yaponiya, Ukrayna və Monqolustandır.

Reqlamentə əsasən, ayın 10-da qrup görüşləri keçiriləcək. Qrup qalibləri finala, qruplarda ikinci yeri tutan komandalar isə bürünc medal uğrunda görüşə vəsiqə qazanacaq. Final və 3-cü yer uğrunda qarşılaşmalar dekabrın 11-də baş tutacaq.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish