“İl’Azero” Fransanın məşhur “The Most” dərgisinin ön səhifəsində!

Fransanın məşhur “The Most” dərgisi, milli idman geyim brendi “İl’Azero”nun təsisçisi və rəhbəri İlqar İmamquliyevi Parisə dəvət edib. Allsport.az saytının məlumatına görə, işgüzar səfərdə həmyerlimiz jurnalın üz qabığında yer alıb.

Yazıda bizim məhsullardan söz açılıb, keyfiyyəti yüksən dəyərləndirilib. “De Most” lüks nəşrlərdən sayılır və yuxarı təbəqə üçün çalışır. Avropada tekstilin mərkəzi Polşada istehsal olunan, italyanca “Bir Azərbaycanlı” adlanan brend artıq dünyada tanınır.

Rusiyanın qadınlardan ibarət “Yenisey” və İndonezinın “Cakarta” klubları yerli çempionatlarda bu şirkətin məhsullarından istifadə edib. “İl’Azero”nun rəhbəri, həm də yeganə azərbaycanlı beynəlxalq voleybol agentidir.

İlqar İmamquliyevin ən uğurlu layihələrindən biri 2-ci Vətən müharibəsinə dəstək üçün özəl buraxılan və üzərində Qarabağ adı və adı çəkilən bölgəyə məxsus kəhər atlarının təsvirlərin yer aldığı geyimlər olub. Öncədən bəyan etdiyi kimi, ölkəmizi layiqincə təmsil edən idmançılar, ictimai xadimləri, özəlliklə, 2-ci Vətən müharibəsi iştirakçılarına həsr edilən layihə sosial yönümlü olub, tam pulsuz çatdırılıb.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish